MKT İstehsalat Kommersiya (MKT Cotton)

Anbardar köməkçisi (Ağcabədi)

Ağcabədi, Azərbaycan

27.03.23


Maaş

:

400 - 550 AZN / ay

Qeyd

  • Əmtəə maddi sərvətlərin anbara qəbulu, mühafizəsi və buraxıması, yenidən geri alınması, anbar sahəsindən səmərəli istifadə etmək üçün onların düzgün yerləşdirilməsi, lazım olan material, inventar və s. təcili axtarılmasının asanlaşdırılmasına rəhbərlik edir. 
  • Anbara yığılmış əmtəə maddi sərvətlərin saxlanılmasının, mühafizə rejiminə əməl edilməsinin, əməliyyatların hesabının aparılmasının təmin edilməsi.
  • Rəsmiləşdirmə qaydalarına və mədaxil-məxaric sənədlərinin təhvilinə riayət edilməsinin təmin edilməsi, müəyyən olunmuş hesabatın tərtib edilməsi.
  • Anbarda yanğına qarşı ləvazimatın olmasına və onun sazlığına, avadanlığının və inventarların vəziyyətinə və onların vaxtında təmir olunmasına nəzarət edilməsi.
  • Anbarda təhlükəsizlik texnikası, yanğından mühafizə və istehsalat sanitariyası qaydalarına əməl edilməklə yükləmə-boşaltma işlərinin aparılmasını, rekvizitlərinin yığılmasını, mühafizə olunmasını və vaxtında tədarükçüyə qaytarılmasının təşkil edilməsi.
  • Əmtəə-maddi sərvətlərinin inventarlaşmasının aparılmasında iştirak etmək. 
  • Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası.


Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “Anbardar köməkçisi (Ağcabədi)- aqrokadr.az” mövzusu ilə career@mktcotton.com və career@agro.gov.az elektron ünvanına göndərə bilərsiniz. Son müraciət tarixi: 30.03.23

"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

Oxşar Elanlar